1.1 Resursa daxil olan hər hansı bir şəxs resursdan qeydiyyatdan keçmədən və qeydiyyatı bundan sonrakı mərhələdə təsdiqlənmədən elan yerləşdirə bilməz.
1.2 İstifadəçi resurs daxilində yerləşən qeydiyyat butonuna daxil olaraq orada tələb olunan bəndləri tam və doğru bir şəkildə qeyd etdikdən sonra istifadəçinin qeydiyyat bölməsində daxil etdiyi e-mail ünvanına idarəçi tərəfindən göndərilən istifadəçi qeydiyyatının təsdiqi ismarıcı daxil olur. İstifadəçi ona idarəçi tərəfindən ünvanlanan təsdiq emailini təsdiqlədikdən sonra resursa daxil ola və orada elanlarını yerləşdirə bilər.
1.3 İstifadəçi elan yerləşdir bölməsinə daxil olaraq aşağıdakı ardıcıllığı təmin edərək elanını yerləşdirə bilər.
1.4 İstifadəçi elan yerləşdirilərkən tələb olunan bəndləri tam və doğru şəkildə doldurduqdan sonra yerləşdirdiyi elan idarəçi tərəfindən yoxlanışa alınır.
2.1 Elanın başlığı hər hansı bir pornoqrafik söz dayışıcıyısını və ya mənanı ifadə edə bilməz.
2.2 Elanın başlığı insanlara və ya hər hansı bir şəxsə təhqir, alçaldıcı və etikadan kənar hər hansı bir söz, ifadə və ya məna kəsb edən hallar yolverilməzdir.
2.3 Elanın başlığı aydın oxunulan, söz və onu təşkil edən hərf və rəqəmlər Azərbaycan dilində olmalıdır.
2.4 Başlığın yazılma qaydası isə ilk başlanılan sözün baş hərfinin böyük digər hərflərinin isə kiçik şəkildə qeyd edilməsidir. Düzgün forma olaraq məsələn “Davinçinin şifrəsi” əsəri
Yalnış forma isə məsələn “DAVİNchinin Shifrəsii” və ya “DAVİNCİNİN SİFRESİ”
2.5 Başlıq mətnində eyni sözlərin təkrarı və ya mənanın ifadə olunması. Məsələn, uşaq üçün yastıq, yastıqlar uşaq üçün, uşaqlara rəngli yastıqlar ....
2.6 Başlıq mətnində reklam xarakterli söz və ya başqa halların qeydə alınması. Məsələn: ucuzluq dükanında ucuzluq.biz və s
2.7 Başlıq mətnində qeyri hərf və ya simvollardan hər hansı birinin istifadəsi və digər hallar.
Məsələn: @#))))’.ya999
2.8 Elanın növü onun təsvir hissəsində qeyd edilən mətnlə uyğunluq təşkil etməzsə
3.1 Elanın təsvir mətnində qeyd olunan əşya və ya xidmət haqqında istifadəçinin paylaşdığı mətn elanın başlığı və onun üzərində əks olunan məhsul və ya xidmət haqqında şəkillərlə üst üstə düşməlidir.
3..2 Təsvir mətnində qeydə alınan elan haqqında məlumat tam və dolğun olmaqla yanaşı doğru informasiyanı özündə cəmləşdirməlidir.
3.3 Təsvir mətni oxunaqlı, asan anlaşılan və ən əsası isə Azərbaycan dilində olmalıdır. Bundan əlavə mətn Azərbaycan dilində yazıldıqdan sonra istifadəçiyə uyğun olaraq başqa dildədə təsvir mətninə əlavə edilə bilər .
3.4 Təsvir mətni məhsul və ya xidmət haqqında məlumatı tam əks etdirməli hər hansı bir qüsur və ya digər hallar gizlədilməməlidir.
3.5 Təsvir mətnində şəxsin sosial şəbəkəsinin linkləri, əlaqə nöməsi, elektron poçt ünvanı qeyd edilməməlidir.
4.1 Məhsul üzərindən istifadəçinin paylaşdığı əsas və digər şəkillərdən hər hansınsa biri və ya ümumilikdə hamısı etik olmayan şəkili özündə ehtiva etməməlidir (pornoqrafik, açaldıcı, təhqir edici, şantaj və ya təhdit etmə xarakterli olarsa, reklam xarakterini özündə birləşdirərsə və s digər ehtimallarda)
4.2 Yerləşdirilən məhsul və ya xidmət haqqında olan şəkillər hər hansı bir şəxsin, fəaliyyətin, müəssinin reklamını daşıyacaq məlumatı özündə əks etdirməməlidir.
4.3 Şəkillər maksimum şəkildə keyfiyyətli şəkilməli və məhsul və ya xidməti əhatə etməlidir.
4.4 Hər hansı bir internet səhifəsindən götürülən məhsul və ya xidmət haqında şəkillərin yerləşdirilməsinə, ekran görüntüsünün alındığı şəkillərə, hər hansı bir kataloqdan və digər məhsul və ya xidmət haqqında məlumatları özündə daşıyan digər vasitələrdən şəkillər skan edilməsi və ya digər üsullarla yerləşdirilməsi yol verilməzdir.
4.5 Hər paylaşılan elan üçün maksimum şəkildə 3 şəkilin yerləşdirilməsinə icazə verilir. Bunlardan birincisi əsas digərləri isə əlavə şəkillərdir.
5.1 Operator və ya moderatora qarşı hər hansı bir hörmətsizlik edildikdə (təhqir edici ifadə, yazışma və s) istifadəçinin əlaqə vasitələri qara siyahıya daxil edilir.
5.2 Resursun qaydalarını pozan istifadəçiyə xəbərdarlıq edilir, bu hal bir neçə dəfə təkrarlandığı halda isə istifadəçi qara siyahıya əlavə edilir.
5.3 Əlaqə vasitələrinin qara siyahıdan çıxarılması heç bir halda mümkün deyildir.
5.4 İstifadəçinin sonradan qeydiyyatdan keçərək əlavə etdiyi üçüncü şəxslərin əlaqə vasitələri şikayətlər daxilində yenidən qara siyahıya əlavə ediləcək.
6 Qadağan edilmiş məhsul və ya xidmətlər
6.1 Qadağan olunmuş məhsul və ya xidmətlərin paylaşılması qadağandır.
6.2 Şübhəli gəlir etmə mexanizmləri, şans oyunları, kazino tipli oyunların və onlar haqqında məlumatların, şəkillərin, hər hansı bir informasiya növünün paylaşılması qadağandır, yol verilməzdir.
6.3 Hər hansı bir şəxsin məhsul və ya xidmətinin onun razılığı olmadan paylaşılması yol verilməzdir, qadağandır.
Qeyd: Yuxar;da qeyd olunan bəndlərdən hər hansının birinin pozulması operator və ya moderator tərəfindən elanın pozulmasına və ya sistemdən ləğv edilməsinə səbəb ola bilər.Bundan əlavə bu və ya bu kimi halların təkrarında isə istifadəçinin müvəqqəti və ya daimi bloklanması həmçinin qara siyahıya alınması icra edilə bilər.