İstifadəçi razılaşması

İstifadəçi razılaşması 

  1. Ümumi şərtlər

 

  1. Bu razılaşma https://payet.az/ internet resursunun (bundan sonra “Resurs”olaraq adlandırılacaq) istifadəçiləri üçün istifadə şərtlərini özündə ehtiva edir.


 

  1. Razılaşmanın istifadəçi tərəfindən anlaşılmasını asanlaşdırmaq üçün bu razılaşmada qeyd edilən terminlər və bunlara uyğun təyinlər aşağıdakı mənada tətbiq edilir.

 

1.2.1. İnternet resusu – İnternet şəbəkəsində https://payet.az/ ünvanında yerləşdirilmiş olan resurs olub (sayt) istifadəçilərin paylaşdığı elanlardan və bu internet resursunun idarəçiləri tərəfindən resursa əlavə edilmiş hüquqi çərçivədə qanunauyğunluqlarla nizamlanan informasiyalardan ibarətdir.

 

1.2.2. Resursun xarakteristikası - İstifadəçi ilk öncə resursun elan xarakterli informasiyaları özündə daşıdığını anlayır, qəbul edir və razılaşır. Resursun özündə daşıdığı və istifadəçilərin paylaşa biləcəyi elan xarakterinin 4 əsas ana başlıq (pay, mübadilə, istək, icarə) altında toplandığını və burada hər hansı bir maddi məbləğlərə əsaslanan yəni satış xarakterli elanların istifadəçi tərəfindən paylaşılmasının yol verilməz olduğunu anlayır, qəbul edir və razılaşır. 

 

1.2.3. Resursun xarakteristikasında baş verə biləcək yenilənmə və yaxud əlavə ediləcək dəyişikliklər - Bunda sonra idarəçilərin resurs üzərindən  təklif etdiyi və istifadəçinin razılaşdığı yuxarıda qeyd olunan (1.1.1. bəndi ) xarakteristikadan başqa gələcək zamanda digər xarasteriktikalar resursa aid ediləcəyi  təqdirdə idarəçi  bu haqqda məlumatın istifadəçilərlə paylaşılmasını resurs üzərindən istifadəçiyə 10 gün öncədən məlumatlandırmağı öhdəliyinə götürür. Bu haldan sonra istifadəçi resursdan istəyə uyğun olaraq davam edə bilər və yaxud idarəçiyə ([email protected]) ünvanına yazaraq hesabının ləğvini yəni silinməsini tələb edə bilər.

 

1.2.4. İdarəçi – İnternet resursunun yaradıcısı və təminatçısı olaraqdan idarəçiliyi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış və qeydiyyatdan keçmiş “EMPAT-H GROUP MMC” Şirkəti (VÖEN: 1308471221) həyata keçirir. Resursa aid bütün mülkiyyət hüquqları müstəsna olaraq şirkətə aiddir.

 

1.2.5. İstifadəçi – İstifadəçi razılaşmasını qəbul etmiş və bu internet resursunun xidmətlərindən istifadə edən hər hansı fiziki və ya hüquqi şəxslərdir.

 

1.2.6. Mənim hesabım – Bu hissə internet resursunun daxilində istifadəçinin qeydiyyatı tamamlandıqdan sonra istifadəçi üçün əvvəlcədən bu internet resursunun daxilində idarəçilər tərəfindən müəyyən edilmiş hissə olub, istifadəçi tərəfindən daxil edilən məlumatların, həmçinin istifadəçilərin resurdan istifadə zamanı etdiyi hər hansı bir ödənişlərin, onun ümumi maliyyə balansının və resur daxilində etdiyi maliyyə hərəkətlərinin, bundan əlavə yerləşdirdiyi elanları ətraflı görəcəyi və üzərində hər hansı bir əməliyyatları icra edə biləcəyi qurmalar məcmusudur. Burada qeyd olunan qurmalar məcmusu gələcək zamanda istifadəçilərin daha təkmil bir resursdan istifadəsini təmini etmək xarakterli idarəçilər tərəfindən  tamamilə yenilənə və ya hər hansı bir dəyişiklər əlavə edə bilər. Ediləcək dəyişikliklər və ya tamamilə yenilənmə istifadəçi də hər hansı bir narazlığa səbəb olacaqsa bu zaman istifadəçi resursdan istifadəni dayandıra və ya  idarəçinin  [email protected] ünvanına yazmaqla hesabının ləğv edilməsini yəni resursdan silinməsini tələb edə bilər.

 

1.2.7. Hesab təfərrüatları -  İstifadəçi haqqında məlumatları özündə əks etdirən hissə olub istifadəçinin resursdan qeydiyyatdan keçdiyi zamanı qeyd etdiyi müəyyən məlumatların əks olunduğu hissədir. Bu hissə istifadəçinin dəyişdirə biləcəyi və dəyişdirə bilməyəcəyi alt başlıqlardan ibarət olub idarəçi tərəfindən müəyyən olunur.

1.2.8. Mal və ya xidmət – İstifadəçinin resurs daxilində paylaşdığı elanda qeyd etdiyi istifadəçinin özünə məxsus hər hansı bir mal və ya xidmətdir. İstifadəçi resursda qeydiyyatını tamamladıqdan sonra bu andan etibarən resurs daxilində istənilən vaxt paylaşacağı bütün mal və ya xidmətin hər hansı bir oğurluq və ya qaçaqmalçılıq olmadığını bəyan edir. Bu bəyan istifadəçinin qeydiyyatı tamamlandıqdan sonra qüvvəyə minir.

 

1.2.9. Razılaşmanın tərəfləri – Bu razılaşmanın tərəfləri “İdarəçi” və “İstifadəçi” dir.

 

  1. Bu istifadəçi razılaşmasında qeydə alınan (1.2. bəndi və onun altbəndləri) terminlər və bunlara uyğun təyinlərdə əksini tapmayan istənilən termin və təyinlər bu razılaşmada qeydə alınan və onlardan yaranan mənaya müvafiq olaraq izah ediləcəkdir. Əgər burada qeyd olunan termin və təyinlərdən izah edilməsi barədə istənilən fikir ayrılığı yaranarsa idarəçi tərəfindən müəyyən edilən izah etmə tətbiq ediləcəkdir.  

 

  1. Bu razılaşma ictimai ofertadır (razılaşmadır).

 

  1. Resurs xidmətlərindən istifadə edəcək olan istifadəçi hal-hazırda olan razılaşmaya qoşulur və resursun xidmətlərindən istifadə üzrə təlimatlara riayət etmə şərtlərini qəbul edir.

 

  1. Şirkət adından resursun istifadə halında belə şirkət hazırkı razılaşmanı və onun şərtlərini qəbul edir.

 

  1. Bundan sonrakı müddətdə resursda olunacaq dəyişiklər və bunun üzərindən istifadəçi razılaşmasında qeydə alınmayan həmin nüansların yenidən qeydə alınması və istifadə razılaşmasında dəyişikliklərin edilməsini həmçinin icra olunan bu prosesin və istifadəçi razılaşmasının son halının istifadəçiyə ötürülməsini 10 gün öncədən etməyi şirkət öz öhdəliyinə götürür.

 

  1. İstifadəçi hazırkı razılaşmanının şərtlərini və ya bundan sonrakı müddətdə daxil edilən dəyişikliklərlə birlikdə olan razılaşmanı qəbul etmədiyi halda resursdan isifadəni dayandırmalı və hesabının ləğvini idarəçinin epoçt ünvanına ([email protected]) yazılı ismarıcla bildirməlidir. Bu ismarıcda istifadəçi resursdan qeydiyyat zamanı daxil etdiyi   ad, soyad, epoçt  ünvanı və əlaqə nömrəsini yazmalı və razılaşmadakı hansı bəndlə razılaşmadığı nüansını açıqlamalı şəkildə idarəçiyə bildirməlidir.

 

  1. İdarəçi istifadəçidən onun qeydiyyat vaxtı göstərdiyi məlumatların təsdiqlənməsini və təsdiqləyici sənədləri istənilən vaxt tələb etmək hüququna malikdir. İstifadəçi isə həmin halda təsdiqləyici sənədləri idarəçiyə təqdim etməyi öz öhdəliyinə götürür.

 

  1.  Resursda qeydiyyat könüllü mahiyyət daşıyır və istifadəçinin şəxsi seçimlərinə əsaslanır. 

 

  1.  İstifadəçi resursdan istifadə zamanı istifadə etdiyi giriş şifrəsini gizli saxlamağı öz öhdəliyinə götürür. İstifadəçi resurs daxilində öz elektron ünvanından və şifrəsindən istifadə ilə bütün hərəkətlərə, həmçinin resurs daxilində olan “Mənim hesabım” bölməsində yerinə yetirdiyi hərəkətlərə görə məsuliyyət daşıyır. Əgər istifadəçi onun hesabına icazəsiz daxil olma ilə şübhəsi varsa bu zaman istifadəçi öz şifrəsini sərbəst dəyişməyi öz öhdəsinə götürür.

 

  1.  İdarəçi istifadəçilərin tərəfindən aparılan qeydiyyat zamanı informasiyanın düzgünlüyünü yoxlamaq üçün texniki qərarlardan istifadə edir və idarəçi bu zaman haqlılıq hüququna malikdir.

 

  1.  İdarəçi heç bir halda zəmanət verə bilməz ki, istifadəçi həqiqətən təqdim edildiyi kimidir, həmçinin, hal hazırda resursdan istifadə edən istifadəçi qeydiyyatı olan həmin istifadəçidir. Bundan əlavə resursda istifadəçi tərəfindən daxil edilmiş məlumatların tam doğruluğunu idarəçi tərəfindən heç bir halda zəmanət verə bilməz.

 

  1.  İdarəçi özünün şəxsi mülahizəsi üzrə istifadəçinin hazırki razılaşma əsasında və bundan sonra düzəldilmiş formada qeydə alınan istifadəçi razılaşmasında apardığı qeyri etik davranışlarını (şəxləri əsassız olaraq narahat etmə, resursun xarakteristikasından sui istifadə hallarının aşkarlanması yəni paylaşılan mal və ya xidmətlərin kommersiya yönümlü şəxsi istifadəsi üçün əldə etməyə can atmaq və ya bunu realizə etmək, paylaşmaq istədiyi elanlarda kənara çıxmalara və digər hüquqların pozulmasına gətirib çıxaran davranışlar) aşkarladığı təqdirdə istifadəçinin resursa girişini bir mənalı şəkildə dayandıra bilər. 

 

  1.  Hansı istifadəçinin ki, resursa girişi dayandırılmışdır və ya hansının ki, məlumatları etibarsızdır, idarəçinin xüsusi icazəsi olmadan həmin istifadəçinin təkrar olaraq qeydiyyatdan keçmək hüququ yoxdur. Bu istifadəçilərin, həmçinin, digər şəxslərin və ya digər istifadəçilərin qeydiyyat məlumatlarından istifadə edərək resursdan istifadə hüququ yoxdur.

 

  1. Resursdan istifadə. Elanların yerləşdirilməsi 

 

2.1. İdarəçi xüsusi qeydiyyat formunu dolduraraq qeydiyyatını təsdiqləmiş istifadəçilərə resurs daxilində elanlarını yerləşdirmək hüququnu verir.

 

2.2. İstifadəçi qanunvericilik və beynəlxalq hüququn normalarının pozulması kimi baxıla biləcək bütün hərəkətləri, həmçinin əqli mülkiyyət, müəlliflər və yaxud yanaşı hüquqlar sahəsində resursun normal işinin pozulmasına gətirib çıxara biləcək istənilən hərəkətləri davranışları təşəbbüs etməməyə, ümumilikdə bu və bu tip hallara yol verməməyi öhdəsinə götürür.

 

2.3. Mal və ya xidmət və s. işlər barəsində bütün razılaşmalar  istifadəçilər arasında bağlanılır və icra olunur. Resurs həmçinin idarəçi resursun vasitəsi ilə istifadəçilər arasında həyata keçirilən bütün növ razılaşmaların vasitəçisi, təminatçısı və icraçısı deyildir. İdarəçi bu və bu tip razılaşmalara nəzarət etmir və onlara görə məsuliyyət daşımır.

 

2.4. İstifadəçi  həm şəxsinin həm də resursdakı digər istifadəçilərin şərhləri və başqa qeydləri qanunvericiliyin tələbləri əsasında və əxlaqın hamı tərəfindən qəbul edilmiş olan normalarını izləməklə qorumağı və bu baxımdan münaqişəyə girməməyi öz öhdəliyinə götürür.

 

2.5. İdarəçi elanların məzmununa, başqa resuslara istinadlar və elanların təsvirində göstərilmiş başqa informasiyaya görə məsuliyyət daşımır. 

 

2.6. İstifadəçi tərəfindən verilmiş istənilən məlumatlara əsasən üçüncü şəxslərin hüquqlarının pozulmasına görə idarəçi və onun tərəfindən istifadəyə verilən resurs heç bir hüquqi, maddi və mənəvi öhdəlik daşımır.

 

2.7. Resursun istifadəçisi resursun təlimatlarına uyğun olaraq elanları yerləşdirməyi və həmin elanlarda mal və ya xidmətin pay, mübadilə, istək, icarə şərtləri haqqında məlumatların düzgün əks olunmasını təmin edir və həmin məlumatların etibarlı və tam olması öhdəliyini öz üzərinə götürür. İstifadəçi şəxsi elanında göstərmiş olduğu mal və ya xidməti haqqında məlumatları yoxlamalı, səhv və ya natamam məlumatı aşkar etdikdə elandakı lazımlı məlumatları düzəltməli və ya tamamlamalıdır. 

 

2.8. Mal və ya xidməti ilə elanı resursa yerləşdirən istifadəçi təsdiq edir ki, o elanda göstərmiş olduğu mal və ya xidmət üzərindən hərəkət etmək hüququna malikdir. Bununlada istifadəçi elanda qeyd etdiyi məlumatlar üzərindən bəyan etdiklərini yerinə yetirmək hüququnu öz öhdəliyinə götürür və bundan məsuliyyət daşıyır.

 

2.9. İstifadəçi resursda ona aid olan istənilən mal və ya xidmətləri elan olaraq paylaşa bilərki bunun üçün xüsusi icazə və ya lisenziya tələb olunmur. Bundan əlavə istifadəçinin resurs daxilində qüvvədə olan qaydalara bağlı olaraq həmin elanlarını kommersiya xarakteri daşımadan pay, mübadilə, istək və icarə şəklində paylaşa bilər. Elanda malın və ya xidmətin istifadəçi tərəfindən göstərilmiş təsviri bu malın və ya xidmətin pay, mübadilə, istək və ya icarə olması şərtlərini təşkil edir.

 

2.10. Mal və ya xidmətin elanda göstərilmiş yerinə yetirilmə şərtləri həmçinin onların  pay, mübadilə, istək və ya icarə bəndlərindən hər hansı birinin şərtləri, mal və ya xidmətin ümumi təsviri, həmçinin elanın başqa şərtləri, həm elanın yerləşdirilməsi vaxtı, həm də gələcəkdə qüvvədə olan qanunvericiliyə və hazırkı Razılaşmaya zidd olmamalıdır. Əgər elanın hər hansı şərti belə olur və ya etiraf edilir, hansı ki, qüvvədə olan qanunvericiliyə və ya hazırkı Razılaşmaya dəyişikliklərin daxil etməsi nəticəsində qanunvericiliyə və/və ya hazırkı Razılaşmaya uyğun deyil, belə şərtlər və ya belə elan istifadəçi tərəfindən elə tamamlanmalı və ya dəyişdirilməlidir ki, istənilən uyğunsuzluqlar aradan qaldırılsın. Uyğun olan dəyişikliklərin daxil etməsinin qeyri-mümkünlüyü halında belə elan istifadəçi tərəfindən silinməlidir. Hazırkı bənddə göstərilmiş hadisələrin yaranması vaxtı İdarəçi belə elanların düzəlişi və ya silinməsi üzrə hərəkətləri istifadəçiyə ilkin xəbərdarlığı olmadan həyata keçirmək hüququnu öz ayağında saxlayır. 

 

2.11. Resurs daxilində  o elanlar qadağan edilmişdir ki, elanın nəşri qüvvədə olan qanunvericiliyi pozur, əxlaqın hamı tərəfindən qəbul edilmiş olan normalarına ziddir, təhqiredicidir və ya yersizdir, həmçinin də üçüncü şəxslərin hüquqlarını pozur. İstifadəçi əmin olmalıdır ki, təklif qüvvədə olan qanunvericilik və hazırkı razılaşmanın şərtlərini pozmur.

 

2.12. İdarəçi ödənişsiz və ya ödənişli xidmətlərdən istifadə edən istifadəçiyə heç bir halda zəmanət vermir ki, hazırkı və ya bundan sonra dəyişdirilmiş olacaq  razılaşmanının istifadəçi tərəfindən şərtləri pozulduğu zaman, həmçinin istifadəçinin qanunvericiliyə zidd davranışı zamanı idarəçi tərəfindən istifadəçi hesabını bloklamayacaq. Bu və digər hallarda istifadəçi tərəfindən resurs daxilindəki xidmətlərə edilən bütün ödənişlər onun şəxsi iradəsi və razılığı ilə olunduğu resurs vəya idarəçi tərəfindən qəbul edilir və idarəçi və ya resurs tərəfindən istifadəçiyə birmənalı formada geri qaytarılmır

 

2.21. İstifadəçi idarəçinin yazılı rəsmi icazəsi olmadan resursa girişin alınması üçün avtomatik proqramlardan istifadə etməməyi öhdəsinə götürür. Elanları yerləşdirmə zamanı daxil olmaqla digər mümkün ola biləcək bütün hallarda bu və bu tip nüanslarda istifadə edilə biləcək kompüter proqramlarından istifadə idarəçi tərəfindən yazılı rəsmi elanların yerləşdirilməsinin adi sırasını keçərək, Administrasiyanın yazılı icazəsi olmadığı halda, qadağandır.

 

2.22. Bundan başqa, İstifadəçi öhdəsinə götürür:

2.22.1. Resursun infrastrukturunun həddindən artıq yüklənməsinə  gətirib çıxara biləcək hər hansı bir hərəkətə təşəbbüs etməməyi;
2.22.2. İdarəçinin ilkin yazılı icazəsi olmadan resurs daxilindəyerləşdirilmiş olan  istənilən informasiyanı köçürməməyi və bunu başqa yerlərdə yayımlamağı, təkrar etməməyi, dəyişdirməməyi, və ictimaiyyətə təqdim etməməyi;
2.22.3. Resursa daxil olmağa  mane olmaq və ya məhdudlaşdırmaq məqsədi ilə resursun tam və ya hissəvi işinə mane olmamağı, həmçinin avtomatlaşdırılmış sistemlərdən istifadə edərək hərəkətlərə və ya proseslərin hərəkətinə mane olmamağı;

2.23. İstifadəçi tərəfindən verilmiş bütün  məlumatlar və onların resurs daxilində hərəkətləri aşağdakı hallarda istifadəçiyə qadağan edilir:

2.23.1. İstənilən növ yanlışlıq, qeyri-dəqiqlik və ya aldatma halların qeydə alınması;
2.23.2. Hər hansı bir dələduzluğa, şəxsləri aldatmağa və ya onların etimadından sui-istifadəyə imkan yaradacaq hərəkətlər, mesajlar, informasiyanın yayımlanması və s.;
2.23.3. İstər qaçaqmalçılıq istərsə də oğurluq və ya saxta əşyalarla razılaşmaların bağlanmasına gətirib çıxaracaq istənilən növ davranış;
2.23.4. Razılaşma prosesində iştirak edən və ya etməyən üçüncü şəxsin vəya şəxslərin mülkiyyətini pozmaq və ya onun ticarət sirrinə və ya onun şəxsi həyatına toxunulmazlıq hüququna qəsdən və ya istəməyərək qəsd etmə;
2.23.5. İstifadəçinin özündə kiminsə şərəfinə, ləyaqətinə və ya işgüzar reputasiyasına təhqir edici və ya onu alçalda biləcək hər hansı bir informasiya növünü saxlamaq;
2.23.6. İstifadəçinin özündə şəxs və ya şəxslərə qaşı hər hansı bir böhtan və ya təhdidləri saxlama;
2.23.7. Şəxs və ya şəxsləri cinayətin törədilməsinə dəvət buna uyğun çağırış etmə, həmçinin millətlərarası problemləri və ya hər hansı bir konfliktləri hətta düşmənçiliyi işıqlandırma buna dəvət və ya kütləvi çağırışın edilməsi həmçinin tətbiqatının aparılması bu və bu tip məsələlərin alovlandırılması;
2.23.8. İstifadəçinin paylaşdığı informasiyaların daxilində və ya ümumi mənasında ədəbsizliyi təşviq edən bunu özündə ehtiva edən və ya pornoqrafiya xarakterli hər hansı bir mətnin və şəklin olması;
2.23.9. İstifadəçinin özündə elə bir tip kompüter viruslarını saxlayaraq, resursun və ya resurs daxilində istənilən növ informaiyaya səlahiyyətsiz müdaxiləyə, gizli ələ keçirmə bundan əlavə məlumatların mənimsənməsinə yönəldilmiş istənilən növ davranış;
2.23.10. İnformasiyanın özündə reklam xarakterli istənilən növ materialları saxlamaq;
2.23.11. Hər hansı bir üçüncü şəxs və ya şəxslərin istənilən hüququnu və ya hüquqlarını pozacaq davranış və ya buna təşəbbüs etmək;
2.23.12. Hazırda və ya bundan sonrakı qüvvədə olan qanunvericiliyi başqa üsulla pozmaq.

2.24 İdarəçi resursda barəsində elan yerləşdirilmiş istənilən mal və ya xidməti, bundan əlavə mal və ya xidmət barəsində elan verilməsi zamanı istifadəçi tərəfindən göstərilmiş fərqlənən üsulla, reklam etmək hüququna malikdir.

2.25. İdarəçi istənilən elanın resursdan asılı və ya müstəqil səbəblərə bağlı olaraq nümayiş müddətlərinin yerini dəyişdirmək, dayandırmaq, bitirmək və ya uzatmaq hüququna malikdir.

2.26. İdarəçi istənilən vaxt istənilən resursda paylaşılmış olan elanın nümayişini, hazırki razılaşmada söylənmiş  və ya bundan sonrakı razılaşmanın qaydalarına əsasən istifadəçi tərəfindən qaydaları pozan səbəblərə bağlı olaraq, bundan başqa digər qayda pozuntularınnın aşkarlandığı və ya digər istifadəçilərin saydan asılı olmadan şikayətlərinin olduğu halda elanların yayımlanmasını yəni dərcini dayandırmaq hüququna malikdir.

2.27. İdarəçi elanlarda düzəliş etmək, onları başqa rubrikalara keçirmək, həmçinin İstifadəçilərin elanları ilə istənilən başqa hərəkətləri etmək hüququna malikdir.

2.28. İdarəçi elanların yerləşdirilməsindən (dərcindən) imtina etmək hüququna malikdir.

2.29. Elanın rəsmiləşdirilməsinə dair tələblər Servisdə elanların dərc edilməsi qaydalarında "Resursun qaydaları" bölməsində təyin edilmişdir.

2.30. İstifadəçi qüvvədə olan və ya bundan sonra dəyişdirilmiş olacaq qanunvericiliyə əsasən elanların məzmununa görə tam və xüsusi məsuliyyəti daşıyır.